9 C
Baku
Friday, December 13, 2024

SOCAR-ın xalis mənfəəti 4.5 dəfə azalıb – 85 mlrd. manat gəlirə qarşı 2.7 mlrd. xalis mənfəət

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR 2023-cü ili 2 milyard 73 milyon manat xalis mənfəət ilə başa vurub. Bu da illik müqayisədə 7 milyard 351 milyon manat və ya 4.5 dəfə azalma deməkdir.

Banker.az xəbər verir ki, bu barədə SOCAR-ın audit hesabatında bildirilir. Konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş rəy verilib.

SOCAR 2022-ci ildə 9 milyard 424 milyon manat xalis mənfəət əldə etmişdi.

Hesabat müddətində dövlət şirkətinin gəlirləri illik müqayisədə 34 milyard 27 milyon manat və ya 28,5% azalmaqla 85 milyard 201 milyon manata düşüb. 2022-ci ildə bu göstərici 119 milyard 228 milyon manat idi.

“Qlobal iqtisadi aktivliyin zəifləməsinə, geosiyasi proseslərə, enerji bazarlarında baş verən volatilliyə, habelə xam neft və təbii qaz qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurmağa nail olub”, – deyə regionun neft nəhəngi bildirir.

Hesabat ilində SOCAR-ın cari aktivləri 22,9 milyard manat, ümumi aktivləri 72,0 milyard manat təşkil edib. Bu xüsusda, şirkətin uzunmüddətli aktivləri 3,4% artımla 49,0 milyard manata, cəmi kapitalı 4,5% artaraq 34,8 milyard manata yüksəlib.

Hesabat dövründə SOCAR-ın cari öhdəlikləri 32.4% azalaraq 19.6 milyard manat, uzunmüddətli öhdəlikləri 5.3% azalaraq 17.6 milyard manat, ümumi öhdəlikləri isə 21.9% azalaraq 37.1 milyard manat təşkil edib.


4242349032

342

Son xəbərlər
Digər xəbərlər