SOCAR-ın altı xarici ölkədə layihələrə yatırımları 19 mlrd. 955.3 mln. ABŞ dollarına çatıb.
Belə ki, 2023-cü ilin 1 yanvar tarixinə, SOCAR-ın Türkiyədəki yatırımları 18.2 mlrd. dollar təşkil edib. Gürcüstan üzrə bu göstərici 954.8 mln. dollar səviyyəsində olub.
Bundan əlavə, SOCAR-ın Ukrayna, İsveçrə, Rumıniya və Rusiya üzrə investisiyaları müxtəlif olaraq 358.55 mln. dollar, 339.15 mln. dollar, 90.8 mln. dollar və 12 mln. dollar təşkil edib.