SOCAR-ın xarici ölkələrdəki layihələr üzrə sərmayəsi 20 mlrd. dollara çatıb

SOCAR-ın altı xarici ölkədə layihələrə yatırımları 19 mlrd. 955.3 mln. ABŞ dollarına çatıb.

Belə ki, 2023-cü ilin 1 yanvar tarixinə, SOCAR-ın Türkiyədəki yatırımları 18.2 mlrd. dollar təşkil edib. Gürcüstan üzrə bu göstərici 954.8 mln. dollar səviyyəsində olub.

Bundan əlavə, SOCAR-ın Ukrayna, İsveçrə, Rumıniya və Rusiya üzrə investisiyaları müxtəlif olaraq 358.55 mln. dollar, 339.15 mln. dollar, 90.8 mln. dollar və 12 mln. dollar təşkil edib.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər