10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

SOCAR-ın yanacaqdoldurma məntəqələrində QR-kodla ödəniş xidməti tətbiq olunacaq

Gələn həftədən etibarən Bakıda fəaliyyət göstərən SOCAR yanacaqdoldurma məntəqələrində “E-Pul” tətbiqi vasitəsilə QR-kodla ödəniş xidməti (“QRPay”) tətbiq olunacaq.

Bunu “PAYSİS” şirkətinin baş direktoru Samir Nəsibov deyib.

Onun sözlərinə görə, bu xidmət artıq “Lukoil” yanacaqdoldurma məntəqələrində tətbiq olunub, xidmətin əhatə dairəsini genişləndirmək məqsədilə “Azpetrol”la danışıqlar aparılır: “Xidmət yeni olduğundan hazırda “Lukoil” şəbəkəsi üzrə QR ödənişlərin ümumi dövriyyədəki payı 0,3% təşkil edir. İstifadəçi təcrübəsinin olmadığını nəzərə alsaq, demək olar ki, bu, müsbət haldır”.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər