SOCAR-ın Azərbaycanda və başqa ölkələrdəki yanacaqdoldurma məntəqələrinin sayı açıqlanıb.
Banker.az SOCAR-a istinadən xəbər verir ki, ən çox YDM İsveçrədədir, onların sayı 200-dür. Burada həmçinin, SOCAR-a məxsus 8 elektrik yükləmə məntəqəsi var. Say çoxluğuna görə sonrakı yeri Gürcüstan tutur. Burada SOCAR-ın 108 YDM-i var. SOCAR-ın Gürcüstanda 13 xidmət mərkəzi və 3 neft terminalı da var. YDM sayna görə 3-cü yerdə Avstriyadır – A1 brendli 82 YDM. SOCAR-ın Pronto Oil treydinq şirkəti də Avstriyada fəaliyyət göstərir. Rumıniyada YDM-lərin sayı 67 (“premium”), Ukraynada 59 (burada 2 elektrik yükləmə məntəqəsi də var), Azərbaycanda 42, Türkiyədə isə 14-dür.