11 C
Baku
Wednesday, December 11, 2024

SOCAR-ın yeni binası açıldı

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqlarla təchiz edilib.

Sonda xatirə şəkli çəkdirilib.

600@0

 

SOCAR-ın yeni binası Cənubi Koreyanın”Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası əsasında inşa olunub. 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında Türkiyənin”TEKFEN İnşaat və Təchizat” şirkəti qalib gəlib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb.

Paytaxtda öz modern tikinti üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verir.

ANS Press

Son xəbərlər
Digər xəbərlər