22 C
Baku
Sunday, June 26, 2022

SOCAR-ın yeni törəməsi qeydiyyata alınıb

SOCAR-a məxsus “SOCAR-Uniper” MMC dövlət qeydiyyatına alıb.

APA “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən məlumat verir ki, şirkətin baş ofisi Sumqayıtda şəhərində yerləşir.

MMC-nin nizamnamə kapitalı isə 10 min manatdır.

Qanuni təmsilçisi Rza Rzayevdir. Şirkətin Müşahidə Şurasında Fuad Əhmədov, Rəşad Hüseynli, Fuad Kərimli, Muxtar Babayev, Filip Palada, Fip Uvve Haynts təmsil olunur.

Qeyd edək ki, mayın 25-də Sumqayıtda SOCAR və Almaniyanın “Uniper” şirkəti arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin – “SOCAR-Uniper” MMC-nin yaradılması haqqında saziş imzalanıb. Sazişə əsasən birgə müəssisədə SOCAR 51%-lik, “Uniper” isə 49%-lik paya sahib olacaqlar.

Sazişləri SOCAR prezidenti Rövnəq Abdullayev və “Uniper” şirkətinin prezidenti Klaus Şehfer imzalayıblar.

Son xəbərlər
Oxşar xəbərlər