26 C
Baku
Monday, June 27, 2022

SOCAR-ın yeni vitse-prezidentləri kimlərdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Neft Şirkətinə iki yeni vitse-prezident təyin edib. Bunlar Kənan Təhməz oğlu Nəcəfov və Zaur Aydın oğlu Qurbanovdur.

Yeni vəzifəyə təyin edilən vitse-prezidentlərin bioqrafiyasını təqdim edirik.

Kənan Nəcəfov 1975-ci ildə Bakıda anadan olub. O, BDU-nun Beynəlxalq hüquq fakültəsini məzunudur.

K.Nəcəfov daha sonra ABŞ-ın Vaşinqton Hüquq Kollecinin Hüquq üzrə magistratura proqramına qəbul olub, 1999-cu ildə Beynəlxalq biznes hüququ ixtisası üzrə magistratura pilləsini (LLM) bitirib. 2001-ci ildə ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinə daxil olub və 2003-cü ildə Biznes inzibatçılığı (Maliyyə ixtisası) üzrə magistratura pilləsini (MBA) bitirib.

Kenan Necefov

1996-1998-ci illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində əməliyyatlar üzrə mütəxəssis vəzifəsində çalışıb.

2003-2008-ci illərdə BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə çalışıb.

2012-2015-ci illərdə Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifəsində işləyib. 2015-ci ildən 2020-ci ilin avqustunadək sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

İqtisadiyyat nazirinin 5 avqust 2020-ci il tarixli əmrinə əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Zaur Qurbanova gəlincə, o, bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqin direktoru müavini vəzifəsində çalışıb. Yeni vitse-prezident daha öncə beynəlxalq audit şirkəti olan “Ernst & Young”un Azərbaycandakı törəməsində vergi direktoru kimi fəaliyyət göstərib.

Fotoda Zaur Qurbanov

zaur gurbanov

MənbəQafqazinfo
Son xəbərlər
Oxşar xəbərlər