10 C
Baku
Thursday, December 12, 2024

SOCAR-ın zavodu ötən il 54 mln. manat xalis mənfəət edib

“SOCAR Polymer” MMC 2021-ci ildə gəlirlərini kəskin artırıb.

Bunu banker.az əldə etdiyi maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə, 479 mln. manatlıq gəlir əldə edib. Bu gəlirlər də ilik müqayisədə 2.4 dəfə çoxdur.

Satışın maya dəyəri 314 mln. manat olmuş, 15 mln. manatlıq ümumi inzibati, 20 mln. manatlıq paylaşdırma, 38 mln. manatlıq sair əməliyyat, 42 mln. manatlıq maliyyə xərcləri olub. Bununla da, 54 mln. manatlıq xalis mənfəət əldə edib.

1 yanvar 2022-ci il tarixinə 1 mlrd. 256 mln. manatlıq uzunmüdətli və 167 mln. manatlıq cari aktivləri olmuşdur.

 

Son xəbərlər
Digər xəbərlər