Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İraqdakı neft layihələrinə maraq göstərir.
Bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.
“Neft yatağı layihələrində iştirak etmək üçün Qazaxıstan, Türkmənistan, İraqla işləyirik. Ancaq nəticələr barədə ictimaiyyət yalnız müqavilələr imzalanandan sonra xəbər tutacaq”, – o vurğulayıb.