13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

SOCAR işçilərin əmək haqlarının 110 manat artdığını deyir

2020-ci ildə SOCAR-ın işçilərinin orta aylıq əmək haqqı 1 343.15 manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) illik hesabatında deyilir.

2019-cu il ildə bu göstəricinin 1 234.34 manat olduğunu nəzərə alsaq, illik müqayisədə 108.81 manat və ya 8.8% artım deməkdir.

“Əmək haqqı fondunun, eləcə də işçilərin orta aylıq əmək haqqının artmasının əsas  səbəbi qurumun işçilərinin tarif (vəzifə) maaşlarının 01.09.2019-cu il tarixdən 20 % artması, habelə SOCAR üzrə işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi üzrə mütəmadi olaraq aparılan işlərdir”- deyə, buna şərhdə bildirilir.

SOCAR-dan o da bildirlir ki, “eyni zamanda SOCAR-ın strukturuna daxil olan qurumlarda fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə işçilərin sayının və əmək haqqı xərclərinin optimallaşdırılması ilə bağlı işlər davam etdirilir”.

 

Son xəbərlər
Oxşar xəbərlər
X