4 C
Baku
Tuesday, December 23, 2025

SOCAR istiqrazlarına Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət edəcək – Rüfət Aslanlı

“Biz həmişə çalışırdıq ki, SOCAR-ı Londondan Bakıya gətirək. Çünki bir müddət əvvəl SOCAR Londonda qiymətli kağızlar buraxırdı. İstəyirdik ki, həmin addımı SOCAR Azərbaycanda həyata keçirtsin. Bu da daxili maliyyə bazarlarımıza töhfə versin.” 

Bu sözləri SOCAR istiqrazlarının təqdimat mərasimində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Şura sədri bildirib ki, SOCAR istiqrazlarının buraxılması böyük hadisədir: “Ötən 5 il ərzində maliyyə bazarlarının, kapital bazarlarının yeni hüququ bazaya uyğunlaşdırılması istiqamətində işlər aparılıb. Həmin vaxtdan indiyədək bu sahədə 66 sənəd qəbul edilib”.

R.Aslanlı qeyd edib ki, istiqrazlara Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət edəcək.

SalamNews

Son xəbərlər
Digər xəbərlər