8 C
Baku
Monday, March 4, 2024

SOCAR istiqrazlarının növbəti kupon ödənişi olacaq

SOCAR İstiqrazlarının növbəti – ikinci kupon ödənişi olacaq.

Banker.az xəbər verir ki, 5 illik müddətə buraxılan və faizləri üçaylıq qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının növbəti – ikinci kupon ödənişi may ayının ilk iş günü – 4 may tarixində baş tutacaq.

SOCAR İstiqrazlarının 2-ci faiz ödənişi nəticəsində 1.125 milyon dollar vəsait istiqraz sahiblərinin hesablarına köçürüləcək. Bununla da, investorların ümumi qazancı 2.25 milyon dollara yüksəlmiş olacaq.

Qeyd edək ki, qarşıda daha 18 kupon ödənişi və 20,25 milyon dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.

Son xəbərlər
Digər xəbərlər