Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəhbərliyinin göstərişi ilə itkin düşən və həlak olan neftçilərin ailələrinin hər birindən bir nəfər bilik və bacarıqları nəzərə alınmaqla işə qəbul olunacaq. Bunu jurnalistlərə açıqlamasında şirkətin İnsan Resursları Departamentinin rəhbəri Asif Bəkirli deyib.
Onun sözlərinə görə, bununla yanaşı SOCAR həmin şəxslərin ailələrinə yardımlar verir.
A.Bəkirli, həmçinin qeyd edib ki, hazırda itkin düşən neftçilərin axtarışları SOCAR, FHN və Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən davam etdirilir.
Report