2 C
Baku
Saturday, December 14, 2024

SOCAR Kanadanın neft şirkətinə yekun ödənişini edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kanadanın “Zenith Energy” şirkətinə quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun hasilatı üçün 480 000 ABŞ dolları məbləğində ödəmə edib. Bu barədə Kanada şirkəti məlumat yayıb.

Bildirilir ki, bununla Kanadanın “Zenith Energy” şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku üzrə Müqavilə Reabilitasiya Sahəsinin SOCAR-a təhvilvermə prosesini yekunlaşdırıb.

Bundan öncə də xəbər verilib ki, təhvilvermənin nəticəsi olaraq “Zenith” Azərbaycanda neft hasilatını dayandırıb və hasilatla məşğul olan təxminən 170 nəfərlik işçi heyəti SOCAR-ın tərkibinə keçib.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.

Son xəbərlər
Digər xəbərlər