12 C
Baku
Cümə axşamı, May 26, 2022

“SOCAR karbamid” zavodu ixracı 3 dəfə artırıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti – “SOCAR karbamid” zavodunda son 3 il ərzində istehsal olunan karbamid gübrəsinin satışı 3 dəfə artmaqla, təxminən 372 min ton təşkil edib. Ötən il müəssisənin gəlirləri 6 dəfə artaraq 223 milyon manata çatıb.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müəssisədə istehsal olunan karbamid gübrəsi daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Zavodun məhsullarının 87%-i Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s. ölkələrə ixrac olunur.

Qeyd edək ki, “SOCAR karbamid” zavodu 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb. Müəssisə azot gübrəsi idxalından asılılığın aradan qaldırılması, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.

socar graphic1 scaled

socar graphic2 scaled

Son xəbərlər
Oxşar xəbərlər