SOCAR “KazMunayQaz”, “Tatneft” və “Uzbeknefteqaz”la sənədlər imzalayıb

Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın “KazMunayQaz”, Tatarıstanın “Tatneft”və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri arasında dördtərəfli və ikitərəfli sənədlər imzalanıb.

Bu barədə SOCAR-ın məlumatında bildirilib.

Məlumata görə, şirkətin təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda SOCAR-ın prezidenti Rövşən Nəcəf, “KazMunayQaz”ın İdarə Heyətinin (İH) sədri Asxat Xasenov, “Tatneft”in baş direktoru Nail Maqanov və “Uzbeknefteqaz”ın İH-nin sədri Baxodirjon Sidikov çıxış edib. Daha sonra sənədlərin imzalanması mərasimi keçirilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər