OCAR-ın konsolidasiya edilmiş borcu təqribən 6,3 milyard dollar təşkil edir. Bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
Onun sözlərinə görə, bu məbləğə SOCAR-ın daxili borcu da aiddir: “SOCAR-ın bu il ödəməli olduğu məbləğ elə də böyük deyil. Borcun əsas hissəsini 5, 10 və 15 il müddətinə hesablanmış kreditlər təşkil edir”.
S.Qasımov qeyd edib ki, kreditin bir hissəsi SOCAR-ın daxili vəsaitləri, digər hissəsi isə dövlət vəsaitləri hesabına ödəniləcək.
Trend