9 C
Baku
Friday, December 13, 2024

SOCAR koronavirusa görə vətəndaşların qəbulunu dayandırıb

Koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı nəzərə alaraq, SOCAR-da vətəndaşların qəbulu 2020-ci il martın 29-dək dayandırılır.

SOCAR-dan verilən məlumata görə, sözü gedən dövr ərzində müraciətlər (012) 521-01-30 telefon nömrəsi vasitəsilə cavablandırılacaqdır. Vətəndaşlar həmçinin SOCAR-ın rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resursda (www.socar.az) təqdim edilən “Email yaz” xidmətindən yararlana bilərlər.

©APA

Son xəbərlər
Digər xəbərlər