9 C
Baku
Sunday, November 17, 2024

SOCAR-la bərabər 4 iri dövlət şirkətindən büdcəyə daxilolma nəzərdə tutulub, lakin daxil olmayıb

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 2022-ci ilin dövlət büdcəsi layihəsində 106.5 mln. manat nəzərdə tutulmuşdur ki, bu da 2021-ci ilin müvafiq göstəricisindən 61.6 mln. manat azdır .

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci ilin “Büdcə Zərfinə” dair rəyində bildirir.

Palatanın rəyində, azalmanın əsas səbəbləri ABB (“Azərbaycan Beynəlxalq Bankı” ASC) üzrə 20 mln. manat və iri dövlət müəssisələri üzrə 41 mln. manat öncəki ildən proqnozun azaldılması, “Aqrarkredit” QSC BOKT, “Azərlotereya” ASC və “İstehlak Mallarının  Ekspertizası Mərkəzi” MMC üzrə dividenddən dövlət büdcəsinə daxilolmanın proqnozlaşdırılmaması ilə bağlı olması göstərilir.

Qeyd etmək lazımdır ki, 2021-ci ildə iri dövlət şirkətlərindən alınacaq dividendlər 5 şirkət – SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərişıq” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərenerji” ASC üzrə nəzərdə tutulduğu halda, cari ilin 8 ayında bu mənbədən dövlət büdcəsinə vəsait daxil olmamış, 2022-ci ilin büdcə layihəsində yalnız “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC üzrə 5 milyon manat nəzərdə tutulmuşdur.

221

Təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2021-ci ilin ötən dövrü ərzində 122.04 milyon manat məbləğində vəsait daxil olmuşdur ki, bunun da 120.84 mln. manatı “Azərbaycan Beynəlxalq Bankı” ASC, 200 min manatı “Aqrarkredit” QSC BOKT, 1000 manatı isə “Azərlotereya” ASC tərəfindən dövlət büdcəsinə ödənilmiş, “Azər Türk Bank” ASC, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC və iri dövlət şirkətləri tərəfindən dividend ödənişi həyata keçirilməmişdir.

“Ümumiyyətlə bu istiqamət üzrə məlumatların təhlili bir çox dövlət müəssisəsi tərəfindən dövlət büdcəsinə dividend ödənişində maraqlı olmamasını göstərir”, deyə Palata bildirir.

Palata, həmin müəssisələrdən bəzilərinin əvvəlki illərdə maliyyə hesabatlarına baxdıqda xalis mənfəət əldə olunmasına baxmayaraq həmin dövr üzrə dövlət büdcəsinin gəlirlərin bu mənbəsi üzrə daxilolmanın formalaşdırılmasında heç bir paya sahib olmamışlar.

 

Son xəbərlər
Digər xəbərlər