10 C
Baku
Thursday, December 12, 2024

SOCAR-la Mubariz Mənsimovun çəkişməsi davam edir… Bu dəfə Bakıda

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Qurbanəli yenidən apelyasiya məhkəməsində görünüb.

Banker.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsindəki bu işə İkram Şironov sədrlik edəcək.

Məhkəmə qətnamələrinin icrasında yer alan bu sənəddə, SOCAR tələbkar qismində, Mubariz Mənsimov isə borclu qismində çıxış edəcək. Məhkəmədə, digər maraqlı şəxslər qismində “PAŞA Bank” ASC və fiziki şəxs Məmmədova Səmirə Seyfəddin qızı çıxış edəcəklər.

Qeyd edək ki, SOCAR və Mübariz Mənsimovun Bakı Apellasiya Məhkəməsində olan çəkişmələri ilk deyil. Belə ki, 2018-ci ildə borclu kimi göstərilən Mənsimov Mübariz Qurbanəli oğluna məxsus əmlak üzərinə həbs qoyulması barədə SOCAR-ın ərizəsi təmin edilmişdi. Həmin tarixdə isə Mənsimov və onun Azərbaycandakı törəmə şirkəti “PalFood” MMC Bakı Apelyasiya Məhkəməsinə qərardan narazı qalaraq müraciət etmişdilər.

Türkiyədə fəaliyyət göstərən iş adamı Mübariz Mənsimov hazırda “Palmali Gemicilik ve Acentelik A.Ş”-nin prezidentidir. 2015-ci ildə “Forbes”in nəşrində Türkiyə-Azərbaycan maqnatının 1.5 milyard dollar sərvətə sahib olduğu göstərilirdi.

Son xəbərlər
Digər xəbərlər