19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

SOCAR-la “TEKFEN”nin birgə müəssisəsi “gömrük xətası” edib

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “TEKFEN”nin birgə biznesi “AZFEN” Birə Müəssisəsi barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 19 avqust 2021-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəməyə Azər Tağıyev hakim təyin edilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“AZFEN” B.M. 1996-cı ilin yanvarında SOCAR (60% sahiblik hüququ ilə) və “TEKFEN İnşaat və Təsisat A.Ş.” (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir. Məqsəd neft şirkətləri üçün tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər