SOCAR London Beynəlxalq Neft Həftəsində iştirakdan imtina edib

SOCAR, “ExxonMobil” və “Royal Dutch Shell” şirkətləri koronavirusla əlaqədar olaraq dünyanın ən böyük neft sənayesi görüşlərindən biri sayılan – London Beynəlxalq Neft Həftəsində (“International Petroleum Week”) iştirakdan imtina edən neft şirkətlərinin siyahısına qatıldı.

“Reuters” verdiyi məlumata görə, bunlarla birgə BP, “PetroChina”, “Vopak” və “Bureau Veritas” kimi şirkətlər də sözügedən tədbirdə iştirakdan imtina edib.

Qeyd edək ki, neft şirkətləri və treyderlərin yığışdığı əsas məkanlardan biri olan London Beynəlxalq Neft Həftəsi gələcək illər üçün sənayenin inkişafını təyin edən fikirlərin formalaşdığı beynəlxalq platformadır. Tədbirin 24-27 fevral tarixlərində keçirilməsi planlaşdırılır.

©APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları