4 C
Baku
Tuesday, February 18, 2025

SOCAR maliyyə itkilərinə uğrayacağını istisna etmir

Rusiya ilə OPEK təşkilatına üzv ölkələr arasında neft hasilatının azaldılması barədə razılaşmanın pozulması dünya bazarında neftin sürətlə ucuzlaşmasına yol açıb.

Banker.az Modern.az-a istinadən xəbər verir ki, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) rəsmi nümayəndəsi İbrahim Əhmədov şirkətin buna görə maliyyə itkiləri ilə üzləşəcəyini istisna etməyib. Amma şirkət rəsmisi düzgün investisiya siyasəti nəticəsində bunun şirkətə ciddi ziyan vurmayacağını da əlavə edib.

“SOCAR son illər nekonvensional neftin hasilatına yox, Azərbaycanda və ölkə xaricində neft emalı və neft-kimya komplekslərinə yatırımlar edib. Bu bizə biznes-portfelimizi nizamlamağa imkan verib”-deyə şirkət rəsmisi əlavə edib.

Son xəbərlər
Digər xəbərlər