Cahangir Səfərov “SOCAR Midstream” MMC şirkətinə Kommersiya və maliyyə üzrə baş inzibatçı təyin edilib.
Banker.az xəbər verir ki, o, bu vəzifəyə 2025-ci ilin iyun ayında başlayıb. Təyinata qədər mart-may aylarında “SOCAR Midstream”də İcraçı Direktorun müşaviri olub.
Bundan öncə, 2023-cü ilin sentyabrdan 2025-ci ilin fevralına qədər “SOCAR”ın Müşahidə Şurası Katibliyində baş proqram meneceri vəzifəsində çalışıb. Paralel olaraq, o, “SOCAR Downstream”də Müşahidə Şurasının üzvü olub. 2021-ci ilin sentyabrından 2025-ci fevralına qədər Azərbaycan İnvestsisiya Holdinqində Maliyyə və investisiya üzrə direktor kimi fəaliyyət göstərib.
Karyerası ərzində həmçinin “PwC Austria”, “EY” və bir neçə şirkətdə müxtəlif vəzifələrdə çalışıb.
Cahangir Səfərov Lixtenşteyn Universitetində Bank və maliyyə idarəçiliyi üzrə magistr dərəcəsinə, Bakı Dövlət Universitetində isə Beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsinə sahibdir.