Bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.
Vitse-prezidentin sözlərinə görə, SOCAR-ın Monteneqronun bank sektoruna daxil olması ilə bağlı KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.S. Qasımov əlavə edib ki, SOCAR tərəfindən 2011-ci ildə alınan Kumbor adasındakı turizm-kurort kompleksi “tərəfdaşlara verilib”. “Yaxın vaxtlarda tərəfdaşın adı açıqlanacaq”, – deyə vitse-prezident bildirib.
Qeyd edək ki, KİV-də yayılan xəbərlərə əsasən, SOCAR Monteneqroda bank açmağı planlaşdırır. Monteneqro Mərkəzi Bankının SOCAR-a lisenziya verəcəyi gözlənilir.
SOCAR-a məxsus turizm-kurort kompleksinin dəyəri isə 281,2 mln. dollar həcmində ölçülür. Layihəni SOCAR-ın törəmə şirkəti olan “Azmont Investments” reallaşdırır.
APA