SOCAR Neft Fonduna 65 mln. manat ödəyib

ARDNF binası, Bakı

Bu il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 675 mln. manatlıq kredit borcunu geri qaytarıb.

Bu barədə şirkətin audit olunmuş 2017-ci il üzrə maliyyə hesabatında qeyd edilib.

Bildirilib ki, şirkət beynəlxalq və yerli banklara 417 mln. manat (245 mln. dollar), 6 mln. manat (3 mln. avro) və 187 mln. manat (271 mln. lari) məbləğində ödənməmiş kreditini qaytarıb. Şirkət həmçinin Azərbaycan Dövlət Neft Fonduna 65 mln. manat (38 mln. dollar) ödəyib.