Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilin birinci rübündə qazma işlərini kəskin artırıb.
Banker.az xəbər verir ki, SOCAR tərəfindən 18 340 metrdən artıq qazma işləri həyata keçirilib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə çoxdur.
Qeyd edək ki, pandemiyadan sonra bərpa olunan iqtisadiyyatlar və Rusiya-Ukrayna müharibəsi nəticəsində neftin qiyməti 100 dollar/barrelin üzərinə qalxıb.