-1 C
Baku
Sunday, December 15, 2024

SOCAR ölkədə operatorsuz yanacaqdoldurma məntəqələri yaradacaq

Bu, YDM-də buraxılış gücünü artırmağa səbəb olacaq.

SOCAR şirkəti 2014-cü ildə “SOCAR” brendi adı altında avtomatik mini-yanacaqdoldurma məntəqələrinin (YDM) inşasına başlamağı planlaşdırır.

Bu barədə cümə günü Dövlət Neft Şirkətindəki mənbə bildirib.

“Bu il paytaxtda operatorsuz işləyəcək mini-YDM-in yaradılması üzrə işlərə başlamaq planlaşdırılır” – deyə, mənbə qeyd edib.

Hazırda yeddi yaxud səkkiz belə YDM-in layihələndirilməsi üzərində iş gedir.

Qeyd edək ki, mini-YDM-in inşasının bəzi üstünlükləri var. Belə ki, onlar kiçik ərazi tutur, ənənəvi YDM-lə müqayisədə inşaat və quraşdırma işlərinə xərcləri azaldır, yanacağı operatorsuz buraxmağa imkan verir, yanacaqdoldurma və ödəniş prosesi isə avtomatik rejimdə həyata keçirilir ki, bu da yekunda buraxılış qabiliyyətinin artması ilə nəticələnir.

Trend.az

Son xəbərlər
Digər xəbərlər