SOCAR bu ilin mart ayında dünya bazarında satdığı xam neftin qiymətlərini açıqlayıb.
SOCAR-dan verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 38,49 dollara, Urals nefti 37,18 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 39,80 dollara satılıb.
Qeyd edək ki, 2015-ci ilin mart ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 55,93 dollara, Urals nefti – 55,07 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 57,33 dollara satılıb.
APA