13 C
Baku
Tuesday, November 5, 2024

SOCAR ötən ildə 1.7 milyard manat zərər edib

Azərbaycanın ən böyük dövlət şirkəti SOCAR 2020-ci il üzrə maliyyə nəçilərini açıqlayarkən məlum olub ki, ili zərərlə bitirib.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin 2020-ci il üzrə gəlirləri cəmi 49 milyard 607 milyon manatdır. Bu isə 2019-cu ildən 34 milyard 145 milyon manat, yaxud 40.8% azalma deməkdir. Bununla belə, azalma məhsulun maya dəyərində də kəskin azalma olduğunu östərir. 2020-ci il üzrə satılan məhsulun maya dəyəri cəmi 44 milyard 552 milyon manat olub (2019: 77 milyard 960 milyon manat). Buda dövlət şirkətinin ümumi mənfəətində cəmi 12.8% azalma deməkdir. Ümumi mənfəəti 5 milyard 55 milyon manat olub.

SOCAR-ın distribusiya xərcləri 1 milyard 367 milyon manat, ümumi və administrativ xərcləri 1 milyard 483 milyon, digər əməliyyat xərcləri isə 1 milyard 187 milyon manat olmuşdur ki, əməliyyat mənfəətinin 479 milyon manat olması deməkdir.

Digər xərcləri də hesabladıqdan sonra SOCAR-ın illik 1 milyard 437 milyon manat vergiyə qədərki zərəri olub. 297 milyon manatlıq mənfəət vergisi xərci də üstünə gəlincə illik zərərin həcmi 1 milyard 734 milyon manatlıq zərər etdiyi məlum olub. Öncəki ildə 651 milyon manatlıq xalis mənfəəti əldə etdiyi açıqlanmışdı.

Bu zərərin ardından balansındakı 7 milyard 576 milyon manatlıq bölüşdürülməmiş mənfəət 5 milyard 376 milyon manata düşüb.Capture

Son xəbərlər
Digər xəbərlər