Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Üstyurd platosunda geoloji kəşfiyyat işlərinə başlayıb.
Bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda deyib.
“Biz Özbəkistanın Üstyurd platosunda SOCAR ilə birgə geoloji kəşfiyyat işlərinə başlayırıq. Bu hələ başlanğıcdır”, – o vurğulayıb.