9 C
Baku
Saturday, January 18, 2025

SOCAR Pakistanla neft məhsullarının ticarətini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistan İslam Respublikası ilə neft məhsullarının ticarətini müzakirə edib.

Bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistanın neft üzrə dövlət naziri Musadik Malik ilə görüşündə aparılıb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin iyulun Pakistana dövlət səfərinin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə və bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.

Söhbət zamanı bu günədək enerji sektoru üzrə birgə həyata keçirilən layihələr və əldə edilən nəticələr, həmçinin müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Digər xəbərlər