27 C
Baku
Saturday, July 27, 2024

SOCAR “Palmali” ilə məhkəmədən qalib çıxdığını bildirir

2021-ci il yanvarın 26-da SOCAR və Azərbaycan əsilli milyarder Mübariz Mənsimovun “Palmali” Şirkətlər Qrupu arasında mövcud mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb.

Qərar London Dəniz Arbitrləri Assosiasiyanın şərtləri altında SOCAR qrupunun lehinə verilib. Bu barədə Banker.az-a SOCAR-dan məlumat daxil olub.

“Məhkəmə işində təxminən 63 milyon ABŞ dolları məbləğində zərərin “Palmali” və Mübariz Mənsimov tərəfindən ödənilməsi barədə qərar çıxarılmışdır. Qeyd edilən məbləğə həmçinin zərər məbləği, faizlər və hüquqi xərclər də daxildir. Bu məhkəmə işində də “Palmali”nin çoxmilyonlu qarşılıqlı iddiası bütünlüklə rədd edilmişdir” – deyə, SOCAR-ın bu günkü açıqlamasında bildirilir.

Şirkət açıqlamasında xatırladıb ki, SOCAR və “Palmali” arasında əvvələr kommersiya münasibətləri mövcud olsa da, “Palmali”nin iddia etməsinə baxmayaraq, bu şirkətlər heç vaxt birgə müəssisə yaratmayıblar.

Açıqlamada deyilir ki, 2018-ci ildə “Palmali”nin öz öhdəliklərini pozması nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər qarşı tərəfə və Mübariz Mənsimova qarşı üç arbitraj iddiası qaldırmışlar. Bundan əvvəl keçirilmiş birinci məhkəmə prosesində London Beynəlxalq Arbitraj Məhkəməsi “SOCAR Overseas” şirkətinə 49.5 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi barədə qərar vermişdi. Beləliklə, üç məhkəmə işindən ikisi artıq SOCAR-a ümumilikdə təxminən 112.5 milyon ABŞ dolları məbləğində cərimənin ödənilməsi barədə qərarlarla nəticələnmişdir. Şirkətlər arasında üçüncü mübahisə də arbitraj prosesinin predmetidir. Artıq həmin proses də başa çatmışdır, arbitraj qərarı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər