22.8 C
Baku
Monday, October 7, 2024

SOCAR “Palmali” ilə məhkəmə çəkişməsində növbəti dəfə qalib çıxdığını deyir – $240 mln. təzminat

2021-ci il fevralın 3-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) qaydalarına uyğun olaraq aparılan arbitraj prosesinin nəticəsində SOCAR qrupuna daxil olan “Azərbaycan (AÇG) Limited” şirkətinin lehinə qərar çıxarılmışdır.

Banker.az xəbər verir ki, bu barədə SOCAR”ın mətbuat xidmətindən məlumat verilib.

Londonda yerləşən məhkəmənin SOCAR qrupu və Palmali qrupuna daxil olan şirkətlər arasındakı üçüncü arbitraj işi üzrə verdiyi qərara əsasən, “Azərbaycan (AÇG) Limited” şirkətinə 132 000 000 ABŞ dolları məbləğini aşan pul təzminatı ödənilməlidir. Bu, SOCAR Qrupuna aid olan şirkətlərin Palmali Qrupu və Mübariz Mənsimova qarşı öhdəliklərin pozulması iddiası ilə başladığı üç arbitraj işindən axırıncısı idi.

Bununla da London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Assosiasiyası və BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) arbitraj qaydalarına əsasən keçirilmiş üç müstəqil məhkəmə prosesi SOCAR Qrupunun xeyrinə nəticələnmişdir. “Palmali”nin qarşılıqlı iddiaları rədd edilərək, SOCAR Qrupuna ümumilikdə 240 000 000 ABŞ dolları məbləğini aşan təzminatın ödənilməsi barədə qərar verilmişdir.

Son xəbərlər
Digər xəbərlər