8 C
Baku
Thursday, December 12, 2024

“SOCAR Petroleum” cərimələnir

Azərbaycanda böyük yanacaq doldurma məntəqələri şəbəkəsinə malik olan “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti Dövlət Gömrük Komitəsi tərəfindən inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, “SOCAR Petroleum” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilərək  Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“SOCAR Petoleum” QSC 2008-ci ildə yaradılıb, 83 760 900 manat nizamnamə kapitalına sahibdir. Kapitalının 51%-i Dövlət Neft Şirkətinə (SOCAR) və 49%-i isə ABŞ-ın “A.P. International LLC” şirkətinə məxsudur.

Şirkət karbohidrogenlərin emalı və texniki tələblərə cavab verən yanacaq markalarının istehsalı ilə ixtisaslaşıb.

Şirkət neft və qaz məhsullarının qəbulu, daşınması, saxlanılması və satışı ilə məşğuldur.

Həmçinin yanacaq bazası və yanacaq daşıyan yük maşınları parkının təşkili, avtomobillərə texniki xidmətin göstərilməsi, yanacaqdoldurma məntəqələrinin yanında motel, restoran və kiçik marketlərin təşkili ilə də məşğuldur.

 

Son xəbərlər
Digər xəbərlər