Bu ilin yanvar-noyabr ayları müddətində “SOCAR Petroleum” QSC pərakəndə satış bazarında 3,163 mln kubmetr sıxılmış təbii qaz (CNG) satıb.
Bu barədə “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
Onun sözlərinə görə, 2019-cu illin eyni dövrü ilə müqayisədə CNG-nin pərakəndə satışı 39 % artıb.
O bildirib ki, CNG şəbəkə təchizatçısı olan “SOCAR Petroleum”un yanacaqdoldurma məntəqələrinin onunda bu mühərrik yanacağının satışı həyata keçirilir.
Xatırladaq ki, CNG beynəlxalq praktikada geniş istifadə olunan qənaətli, ekoloji təmiz (Avro-6 standartının tələblərinə cavab verən) mühərrik yanacağıdır.