7 C
Baku
Thursday, December 12, 2024

“SOCAR Petroleum” gələn il 25-dək CNG məntəqəsi açmağı planlaşdırır

Gələn il ərzində “SOCAR Petroleum” QSC CNG (“compressed natural gas” – Sıxılmış təbii qaz) yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırır.

Bunu “SOCAR Petroleum” QSC-nin Baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib.

Onun sözlərinə görə, bu tip yanacaqdoldurma məntəqələrinin ümumi sayının 25-30-a çatdırılması proqnozlaşdırılır: “Bu gün artıq 9 CNG yanacaqdoldurma məntəqəsi mövcuddur. Gələn il yanacaqdoldurma məntəqələrinin quraşdırılma planına uyğun olaraq, təqribən 21-25 yanacaqdoldurma məntəqəsinin quraşdırılması planlaşdırılır. Hazırda bizim mövqeyimiz CNG yanacaqdoldurma məntəqələrini mövcud məntəqələrdə quraşdırmaq və istismar etməkdən ibarətdir”.

Qeyd edək ki, hazırda 5 CNG yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.  Bu həftə ərzində “SOCAR Petroleum”  Bakıda və Abşeron yarımadasında daha 4 CNG yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

©Report

Son xəbərlər
Digər xəbərlər