Ötən il “SOCAR Polymer” müəssisəsi ixrac həcmi ilə yanaşı, istehsal göstəricilərini də yüksəldib.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istindən xəbər verir.
SOCAR-dan bildirilib ki, polimer məhsul istehsalı 2020-ci ildə 142.57 min ton təşkil etmişdisə, ötən il bu rəqəm 205.2 min tona yüksəlib. Bu da 44% artım deməkdir.
Pandemiya dövründə “SOCAR Polymer” qoruyucu maskaların istehsalında istifadə olunan polimer məhsulunun istehsalına da başlayıb.