16 C
Baku
Friday, September 27, 2024

“SOCAR Polymer” zavodların fəaliyyətindən $2 mlrd.-a yaxın xalis mənfəət əldə edəcək

“SOCAR Polymer” şirkətinin Sumqayıtda yüksək sıxlıqlı polietilen və polipropilen zavodlarının fəaliyyətindən $6,6 mlrd. məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 mlrd. təşkil edəcək.

Banker.az bu barədə SOCAR-ın məlumatında deyilir.

Xəbər verildiyi kimi, prezident İlham Əliyev bu gün Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.

“İstismar müddətində “SOCAR Polymer” tərəfindən dövlət büdcəsinə ümumilikdə $600 mln. həcmində verginin ödənilməsi nəzərdə tutulur. Zavodların istismar dövründə $6.6 mlrd. həcmində gəlir gətirəcəyi gözlənilir ki, bunun da 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək”, – deyə məlumatda bildirilir.

SOCAR-ın yeni sənaye kompleksinin fəaliyyətə başlaması ilə daxili bazarın tələbatı tam təmin olunacaq və məhsulun 75 faizi isə Türkiyə və Avropa bazarlarına ixrac ediləcək.

Həmçinin məlumatda qeyd olunur ki, “İlkin proqnozlara görə, “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək. İlkin hesablamalara görə, kompleksin istehsalat gücünə çatması ilə ölkənin qeyri-neft sektorunun ixrac gəlirləri 18%, Abşeron iqtisadi rayonunda ümumi daxili məhsulun həcmi isə 14% artacaq.”

İstismar müddətində zavodlarda 500 nəfər daimi işçi çalışacaq.

Zavodun yüksək sıxlıqlı polietilen istehsalı üzrə layihə gücü ildə 120 min tondur.

2018-ci il iyulun 18-də “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.

Zavodların tikintisi layihələrinə ümumi investisiya qoyuluşları $816 mln. təşkil edəcək. İnvestisiyaların 60%-i Rusiyanın “Gazprombank”, qalan hissəsi – 40%-i isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “PAŞA Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin ediləcək.

SOCAR “SOCAR-Polymer” MMC-nin zavodarının tikintisinin maliyyələşdirilməsi üçün Rusiyanın “Qazprombank” ASC-dən 10 il müddətinə $489 mln. manat məbləğində kredit cəlb edib. SOCAR və “Qazprombank” arasında zavodların tikintisinin maliyyələşdirilməsinə dair saziş 2015-ci il iyunun 19-da imzalanıb.

“SOCAR-Polymer” SOCAR tərəfindən təsis edilib. Hazırda şirkətin kapitaında SOCAR-ın payı 52,2% təşkil edir. “Vitol Black Sea V.L.L” (19%), “PASHA Holding” (9,9%), “Ecoland” (9,8%), “Polimer Investment” (5%) və AKKIK (4,1%) də səhmdarlar sırasındadır.

“SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.

Son xəbərlər
Digər xəbərlər