10 C
Baku
Friday, December 13, 2024

“SOCAR-Polymer” zavodu tam gücü ilə fəaliyyət göstərəcəyi gün açıqlandı

“SOCAR-Polymer” zavodunun polipropilen qurğusunun tikintisi üzrə işlərin 93,4 faizi artıq yekunlaşıb.

Bunu “SOCAR-Polymer” şirkətinin Planlama şöbəsinin müdiri Vüqar Aslanov bu gün Bakıda “Sənayedə yerli xammaldan idxalı əvəz edən istehsalın genişlənməsi” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, hazırda “SOCAR-Polymer” zavodunda ümumi işlərin 97,2%-i icra olunub: ‘Detallı mühəndislik işlərinin 99,9 faizi həyata keçirilib. Satınalma işləri isə 100 faiz təşkil edir. İstehsalat və çatdırılma işləri isə 99,6 faiz olub”.

Onun sözlərinə görə, qurğu bu ilin iyun ayında istifadəyə veriləcək. O bildirib ki, qurğu işə düşəndən sonra oktyabrda istehsal planlı olaraq dayandırılacaq. “Bu planlı dayanma noyabrın 15-nə kimi davam edəcək. Bu dayanmaya səbəb SOCAR-ın Azərkimya İstehsalat Birliyindən xammalın alması ilə bağlı olacaq”.

O qeyd edib ki, bu il zavod 70-71 min ton məhsul edəcək. Gələn il isə zavod tam gücü ilə fəaliyyət göstərəcək və müəssisədə 180 min ton məhsul istehsal olunacaq.

Son xəbərlər
Digər xəbərlər