Dövlət Neft Şirkətinin törəməsi “SOCAR Polymer” MMC barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 13 avqust 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi göndərilib. Məhkəməyə Rövşən Xəlilov hakim təyin edilib.
İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, “SOCAR Polymer” 2013-cü ildə yaradılıb. Polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavoddan ibarətdir. Hazırda Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.