13 C
Baku
Friday, May 17, 2024

“SOCAR Polymer”in ixrac gəliri bu il 67 milyon dolları keçib

“SOCAR Polymer” MMC bu ilin yanvar-aprel aylarında 67.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən bildirir ki, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 25.7 milyon ABŞ dolları ( 61.9% ) çoxdur.

Ötən ilin yanvar-aprel ayları ərzində isə “SOCAR Polymer” MMC xarici ölkələrə 41.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib

Qeyd edək ki, polipropilen “SOCAR Polymer”in Polipropilen Zavodunda istehsal edilir.  Zavodda 2018-ci il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər