2022-ci ilin ilk 10 ayında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 163.8 milyon dollar təşkil edib.
Banker.az bu barədə “İxrac icmalı”nın noyabr sayına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrünə nisbətən ixracdan gəlirləri 17% və ya 33.5 milyon dollar azdır.
“SOCAR Polymer” MMC 2021-ci ilin eyni dövründə 197.3 milyon dollarlıq məhsul ixrac etmişdir.