“SOCAR Polymer”in zərəri ildən-ilə böyüyür – özü də kəskin…

Dövlət Neft Şirkətinin qeyri-nəzarət payı olan “SOCAR Polymer” MMC ötən ili də zərərlə başa vurub.

Bu barədə banker.az ana şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir.

Sumqayıt Kimya Sənaye Parkının ərazisində  polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən “SOCAR Polymer” 2020-ci ildə gəlirləri 200 milyon manat olmaqla kəskin böyüyüb. Belə ki, 2019-cu illə müqayisədə şirkətin gəlirləri dörd dəfə böyüyüb.

Məhsulun maya dəyərinin həcmi isə 171 milyon manat təşkil etməklə, 2019-cu ildən 4.7 dəfə çox olub ki, buda ümumi mənfəətin 29 milyon manat olması deməkdir. 2019-cu ildə ümumi mənfəət 16 milyon manat idi.

Ümumi və administrativ xərclər 36 milyon manat (öncəki il: 27 milyon manat), paylaşdırma xərcləri 14 milyon manat (8 mln. manat), digər əməliyyat gəlirləri 5 milyon manat (öncəki il olmayıb), digər əməliyyat gəlirləri 29 milyon manat (14 mln. manat), maliyyə xərcləri 58 milyon manat (19 mln. manat) olmuşdur.

Beləliklə, gəlirləri xərcləri bu ildə qarşılamamış və 103 milyon manatlıq xalis zərər etmişdir. 2018-ci ildə 46 milyon manat, 2019-da 86 milyon manat zərər edib. Beləliklə 234 milyon son 3 maliyyə ilində zərər edib, yəni qeyd edilən həcmdə zərər yığılıb..

Bu zərərdən sonra cəmi balans kapitalı 466 milyon manatdan 356 milyon manata qədər azalmışdır. Beləliklə bunun 101 milyon manatının nizamnamə kapitalıdır.

Xatırladaq ki, SOCAR, “SOCAR Polymer”də 57% paya sahibdir.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.