6 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

SOCAR prezidenti gəlirliliyi artırmaq üçün “qaz pulunu” artırmağı məqbul saymır

SOCAR-ın prezidenti Rövnəq Abdullayev TOTAL şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti Arno Broyyakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Banker.az-a SOCAR-dan məlumat daxil olub.

TOTAL rəhbəri ilə görüşdə, SOCAR prezidenti ölkədaxili qaz tariflərinə toxunub:

“Qarşıdakı mərhələlərdə gəlirliyi təmin etmək üçün ölkədaxili qaz tariflərində artımın məqbul vasitə olmadığını xüsusi vurğulayan Rövnəq Abdullayev, layihənin effektivliyini təmin etmək üçün xərclərin azaldılması zərurətini qeyd etmişdir. Görüşdə həmçinin digər layihələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb” – deyə, SOCAR-ın açqlamasında deyilir.

Son xəbərlər
Oxşar xəbərlər