20 C
Baku
Şənbə, May 28, 2022

SOCAR qaz sayğaclarının oxunmasında süni intellektdən istifadə edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) abonentin sayğaclarının yoxlanması ilə bağlı bir sıra həlləri var və yaxın vaxtlarda onun tətbiqinə başlayacaq.

“Dördüncü Sənaye İnqilabinda trendlər” tədbirində çıxış edən SOCAR-ın İnformasiya texnologiyaları və kommunikasiya idarəsinin rəis müavini Fuad Əliyev deyib ki, abonent sayğacın şəklini çəkməklə onun oxunmasını həyata keçirə bilər: “Bilirik ki, abonentlərin qaz sayğaclarının göstəricilərinin oxunması ilə bağlı müəyyən çətinliklər var. Abonent öz smartfonu ilə qaz sayğacının şəklini çəkməklə biz onun qaz istifadəsi ilə bağlı məlumatlarını əldə edə biləcəyik. Texniki desək, “image processing” baş verəcək”.

Onun sözlərinə görə, uzun müddət “machine learning” mərhələsi çərçivəsində böyük həcmdə şəkillər çəkilib: “Süni intellektə platforma öyrədildi və artıq o qərar verə bilir. Sınaq nəticələrində 90%-in üzərində nəticə əldə etmişik. Təbii ki, zamanla daha yüksək göstəricilər əldə edə biləcəyik”.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər