17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

SOCAR “Rosneft”in yanacağının Ukraynaya tədarükü üzrə operatoru oldu

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qrupuna aid olan “SOCAR Trading” şirkəti Rusiyanın “Rosneft” dövlət neft şirkətinin Ukraynaya neft məhsullarını ixracında operator qismində iştirak edəcək.

Bununla bağlı müvafiq müqavilə imzalanıb. Yanacaq satışını və Ukrayna tərəfi ilə əlaqələri “SOCAR Trading”in İsveçrədə yerləşən ofisi tənzimləyəcək. Hərçənd həcmlərin bölüşdürülməsində və satışında şirkətin Ukrayna ofisinin də iştirak edəcəyi istisna olunmur.

Bu həftə “SOCAR Trading” şirkətinin rəhbərləri cari ilin aprel ayınadək Ukraynada “Rosneft”in yanacaq həcmlərinin bölüşdürülməsilə məşğul olmuş “Proton Energy Group S.A.” şirkətinin nümayəndələrilə danışıqlara başlayıblar. Mənbələrə görə, artıq bu ay tədarükə başlayacağını istisna etməyən yeni operator 100 min tondan artıq dizel yanacağı və 12 min ton maye qazı həcmindəki kvotası olduğunu bildirsə də, bazar iştirakçıları tədarükə iyun ayında başlamağın daha ağlabatan olduğunu düşünürlər.

Mövcud məlumatlara əsasən SOCAR dizel yanacağının bir tonunu 30 ABŞ dollarından artıq qiymətə tədarük edəcəklərini açıqlasa da, maye qaza dair konkret rəqəmlər səsləndirilməyib ki, bu da bazardakı təklifin çoxluğu üzündən təcili tədarükə marağın olmaması ilə bağlıdır.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər