18 C
Baku
Wednesday, May 29, 2024

SOCAR Rumıniyada bitum terminalının tikintisində iştirak edə bilər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı törəməsi olan “SOCAR Petroleum SA” bu ölkədə bitum terminalının tikintisində maraqlıdır.

Bu barədə Buxarest Fond Burjası “Konstansa” neft terminalına istinadən məlumat yayıb.

Bildirilir ki, Rumıniyanın Konstansa limanında əsas payı dövlətə məxsus olan neft terminalı ilə birgə bitum terminalı tikməkdə maraqlı olan şirkətlərin siyahısını dərc edib.

Daha iki şirkət bitum terminalının tikintisi üçün tərəfdaşlıq yaratmaq niyyətlərini bildiriblər.

Neft terminalı “SOCAR Petroleum SA”ın neft bitumunun tikintisi ilə bağlı təqdim etdiyi şərtləri qəbul etdiyini təsdiqləyib. Hazırda siyahıda SOCAR da daxil olmaqla yeddi şirkət var.

Müsabiqədə iştirak edən digər şirkətlər Konstantin Limanının nəzarətində olan Moldovanın “Takida Terminal” şirkəti, xam neft treyderi “Euronova Energies”, “Frial SA”, “OMV Petrom”, əmtəə treyderi olan “Trafigura” və “Vitaro Energy SRL” şirkətləridir.

“Konstansa” neft terminalının rəhbərliyi bu şirkətlərin hər biri ilə görüşlər keçirəcək və təklifləri ümumi yığıncaqda müzakirə olunacaq.

Açıqlamada bildirilir ki, neft terminalı 2023-2027-ci illər üzrə İnkişaf Strategiyası və İdarəetmə Planına uyğun olaraq bitum terminalının tikinti ilə bağlı layihə hazırlamaq istəyir: “Neft terminalının belə inkişaf layihələrinin həyata keçirilməsi üçün öz mənbələri olmadığından tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər