18 C
Baku
Wednesday, November 19, 2025

SOCAR: Rumıniyada “Lukoil” aktivlərinin alınması barədə qərar bizim səlahiyyətimizdə deyil

Rumıniyada aktivlərin alınması ilə bağlı hər hansı strateji qərar SOCAR-ın bu ölkədə fəaliyyət göstərən “SOCAR Petroleum S.A” törəmə şirkətinin səlahiyyətində deyil.

Banker.az xəbər verir ki, bu barədə SOCAR-ın Rumıniyada Rusiyanın iri neft şirkətlərindən biri olan “Lukoil”in aktivlərini almaq niyyəti olub-olmaması barədə “SOCAR Petroleum S.A”nın (SOCAR-ın Rusmıniyadakı törəmə şirkəri) rəhbəri Ramin Əliyev “hotnews.ro” nəşrinə müsahibəsində bildirib.

Qeyd edək ki, SOCAR 2011-ci ildə törəmə şirkəti “SOCAR Petroleum S.A.” şirkəti vasitəsilə Rumıniya bazarına daxil olub və ölkə üzrə yanacaqdoldurma stansiyaları şəbəkəsini inkişaf etdirir.

“Biz Rumıniyada yanacağın paylanması bazarının artacağını nəzərə alırıq. Bu, bazarın real ehtiyaclarına əsaslanan bir tendensiyadır. SOCAR bazardan daha sürətli böyümək niyyətindədir. Məqsədimiz 6% bazar payına çatmaqdır və bu istiqamətdə çalışırıq”, – Ramin Əliyev qeyd edib.

O əlavə edib ki, SOCAR Rumıniya hər il yeni yanacaqdoldurma stansiyaları inşa edir və bu sahəyə investisiyaları artırır. Hazırda şirkətin 87 məntəqəsi (YDM) var, gələn il isə sayı 100-ə çatacaq: “Strateji hədəfə çatmaq üçün stansiyaların sayını ikiqat artırmaq lazımdır”.

Ramin Əliyevin sözlərinə görə, Rumıniyada 19 milyon əhaliyə cəmi 2 500 yanacaqdoldurma məntəqəsi mövcuddur, halbuki 6,4 milyon əhalisi olan Bolqarıstanda 3 000-dən çox YDM var.

“Rumıniya mühüm tranzit bölgəsidir. Məsələn, keçən il Avstriyada təxminən 7,42 milyon qeydiyyatdan keçmiş avtomobil vardı. Rumıniyada 2024-cü ilin sonuna təxminən 11 milyon avtomobil qeydiyyatdan keçib. Avstriyada təxminən 2 800 YDM var, Rumıniyada isə təxminən 2 500. Rumıniyada Avstriyadan 32% çox avtomobil var, lakin 300 YDM azdır. Fərq açıqdır və artım üçün böyük potensialın olduğunu başa düşürük”, – SOCAR-ın nümayəndəsi əlavə edir.

Lakin Ramin Əliyev SOCAR qrupunun Rumıniyadakı “Lukoil” aktivlərini almaq istəyib-istəməməsi barədə sualı cavabsız qoyub:

“Komandamız fəaliyyət göstərdiyimiz bazarın təhlilini SOCAR qrupuna təqdim edir, bu normaldır, lakin yeni aktivlərin alınması ilə bağlı hər hansı strateji qərar bizim səlahiyyətimiz xaricindədir və buna görə də şərh verə bilmirik”, – deyə o bildirib.

Onu da əlavə etmək lazımdır ki, neft məhsulları sahəsində “Lukoyl” şirkətini Rumıniyanın Ploeşti şəhərində yerləşən “Petrotel” neft emalı zavoduna malikdir. Lakin şirkətlər yalnız yanacaqdoldurma məntəqələrinin alınmasına maraq göstərirlər, çünki NEZ onlarda maraq doğurmur – səbəb isə buradakı avadanlığın köhnəlməsi və zavodun böyük investisiyalar tələb etməsidir.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabr tarixində “Lukoil” və onun 50%-dən çox paya sahib olduğu törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Onlarla olan bütün əməliyyatlar 21 noyabr tarixinədək başa çatdırılmalıdır. Avropa İttifaqı isə 23 oktyabrda açıqlanan 19-cu sanksiya paketinin çərçivəsində Dubayda yerləşən “Lukoil”un ticarət bölməsi “Litasco Middle East DMCC”yə qarşı məhdudiyyətlər tətbiq edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər